Bu meyvələr min bir dərdin dərmanıdır

Sayta qoyulub: 08:35 01.05.2013 [1913 dəfə oxunub]

İnsanlara psixoloji və fiziki təsir edən fəsillərin resepti onun meyvə və tərəvəzlərinin tərkibində gizli haldadır. Baharda bitən çiyələk, həm iltihabın, həm də xərçəng xəstəliyinin qarşısını alır. Cəfəri isə dərinin gözəlliyi qədər qan çatışmazlığı və böyrək xəstəliklərinə müsbət təsir edir.

Payızda qəbul edilən ədviyyatlar, bahar gəldikdə yerini yaşıl yarpaqlılara verir. Qış aylarının mühüm qidası olan karbohidratların taxtına isə yay meyvələr keçir.

Çiyələk və cəfəri

Bahar fəslinin meyvə və tərəvəzlərində çiyələklə cəfəri öndə gəlir. Həm dadlı, həm də təravət gətirən çiyələk, qida baxımından çox dəyərli meyvədir. İltihab əleyhinə çiyələk oynaq revmatizmindən astmaya qədər bir çox iltihab əsaslı xəstəliklərə qarşı mübarizə aparacaq xüsusiyyətlərə malikdir. Bundan başqa, xərçəng xəstəliyinə müsbət təsir edən çiyələk, tərkibindəki C vitamini, fol turşusu və flovonoidlərlə, ehtimal edilən xərçəng hüceyrələrilə mübarizə aparacaq qüvvəyə malikdir. Əsasən salat tərəvəzi olan, şəfaverici xüsusiyyətlərilə ürəkbulanmasını aradan qaldıran və böyrək daşını salan cəfərinin faydalarını saymaqla bitməz. İmmuniteti qüvvətləndirən cəfəri, xərçəng və ürək xəstəliklərindən qoruyur. Orqanizmdən zəhərli maddələri kənarlaşdıran, qanı təmizləyən, qan çatışmazlığına, böyrək və qaraciyər xəstəliklərinə müsbət təsir edən cəfəri, dərinin yenidən təravətlənməsində və qorunmasında mühüm rola malikdir. Cəfəri çiy yeyildiyi kimi, ondan yeməklərdə və şorbalarda dadverici kimi də istifadə edilir. Lakin ehtimal edilən xəstəliklərin baş verməməsi üçün cəfərini yaxşı yumaq lazımdır.

Bulqur

Bahar siyahısının digər tövsiyəsi isə bulqurdur (iridənəli buğda). Tərkibi liflərlə zəngin olan bulqur, insanı tox saxladığı kimi tərkibindəki B1 vitaminləri sinir və həzm sisteminin qüvvətlənməsində böyük əhəmiyyətə malikdir. Körpələrin zəkasının inkişafı üçün tərkibində fol turşusu olan bulqurun hamiləlikdə çox yeyilməsi tövsiyə edilir.

Qarpız kəsdim bal kimi...

Yay fəslinini ən mühüm meyvə və tərəvəzlər şaftalı, qarpız və əncirdir. Şaftalı sidikqovucu, iştah yaradan, ürək əzələlərini gücləndirən, qan əmələ gəlməsini artıran, qaraciyər funksiyalarını dəstəkləyən, qıcolmanı aradan qaldıran, metabolizmi və bağ toxumasını güvvətləndirən xüsusiyyətlərə malikdir. Qarpız isə böyrəklərdəki sidik cövhəri və sidik duzlarını təmizlədiyinə görə qum və daşdan əziyyət çəkənlərə müsbət təsir edir. Astma (nəfəs çatışmazlığı), damar sərtləşməsi, şəkər, çənbər bağırsaq xərçəngi və oynaq revmatizmi kimi xəstəliklərə qarşı sakitləşdirici xüsusiyyətə malikdir. Əncir isə tərkibindəki yüksək kalsium və fosforla sümük və dişlərin əmələ gəlməsində, həmçinin onların sağlam olmasında mühüm rol oynayır. Əncirin tərkibindəki kalsium, digər qidalarda olana nisbətən daha asan həzm edilir. Beləliklə, süd içə bilməyən insanlar əncir yeyə bilərlər. Bundan başqa, əncir, tərkibindəki liflərlə bədxassəli xolesterolun qana keçmədən xaric edilməsini təmin edir. Həzmi asanlaşdıran əncirin orqanizmi bakteriyalardan qoruyan təsirləri də var. Yayın ən vacib qidalarından biri də sudur. Su içmək yay aylarında artsa da gündə 12 stəkan su içmək lazımdır. Su, orqanizmdə olan bütün metabolizm hadisələrinin əmələ gəlməsi üçün şərait yaradıb orqanizmin temperaturunu nizamlayır. Bundan başqa, oynaqların sürüşkən olması üçün də su içmək çox əhəmiyyətlidir.

Hazırladı: Namiq QURBANOV