Qadınların avtomobil idarə etməsinə icazə veriləcək

Sayta qoyulub: 08:29 01.05.2013 [780 dəfə oxunub]

“əl-Cəzirə” xəbər agentliyi, Səudiyyə Ərəbistanının kral ailəsinin ən nüfuzlu şəxslərindən biri olan əl-Valid bin Talal əs-Səudun, qadınlara avtomobil idarə etmək icazəsinin verilməsi təşəbbüsünü dəstəkləməsi haqqında xəbər verir.

İnformasiya agentliyi, şahzadənin “twitter” səhifəsində qeyd edilən xəbərlə bağlı bildirir ki, belə dəyişikliklər ölkə iqtisadiyyatına böyük gəlir gətirəcəkdir. Belə ki, artıq 500 000-dən çox əcnəbi sürücünün xidmətinə ehtiyac qalmayacaqdır.

Hazırda Səudiyyə Ərəbistanında, qanunsuz şəkildə fərdi daşımalarla məşğul olan əcnəbilərə qarşı böyük kampaniya aparılır. Bir müddət əvvəl kral Abdullah ibn Əbdüləziz əs-Səud, üç ay ərzində, əcnəbilərin ölkədə qalmalarını qanuniləşdirməsi haqqında fərman imzalamışdır.

Səudiyyə Ərəbistanı dünyada, qadınlara avtomobil idarə etməyi rəsmi şəkildə qadağan edən yeganə ölkədir. Bu qanun, 1932-ci ildə qəbul edilsə də, xüsusən müasir dövrdə ciddi etirazlar yaradır. Burada xüsusi aktivliyi, fəaliyyətləri Səudiyyə Ərəbistanında kişi ilə qadın arasında, ən azı sükan arxasında bərabər hüququn əldə edilməsi uğrunda mübarizəyə yönələn “Women2drive” təşkilatı göstərir.