Peyğəmbərin tövsiyəsi

Sayta qoyulub: 07:59 04.05.2013 [892 dəfə oxunub]
Muhəmməd peyğəmbərin (s) Əbud Dərdaya etdiyi tövsiyyələrdən:

• Tikə-tikə edilsən, yaxud yandırılsan belə heç nəyi Allaha şərik qoşma.

• Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xata-baladan qorunmaz.

• Şərab içmə. Çünki o, hər bir şər əməlin açarıdır.

• Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək.

• Özünün haqq olduğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə.

• Həlak olsan da, yoldaşların cihaddan qaçmış olsa da sən qaçma.

• Varından öz ailənə xərclə, ...onları qüdrətli və əzəmətli Allahla çəkindir!

(Buxari, Ədəbul-Mufrad, Bab-9, hədis 18)