Keşişlər evlənəcək? (2000 illik hökm dəyişir…)

Sayta qoyulub: 08:24 01.05.2013 [898 dəfə oxunub]

Belə ki, Roma Katolik Kilsəsinin daxili işləri ilə məşğul olacaq xüsusi komissiya hazırlanıb.

İslahatlar arasıda 2 min ildən bəri dəyişməz qalaraq ehkam sayılan məqamlara yenidən baxılması da var.

Katolik kilsəsində islahatların aparılmasında Papa I Fransiskə Vatikan qubernatoru və Münhen-Frayzinq arxiyepiskopu ilə yanaşı, Santyaqo, Bombey, Kinşasa, Boston, Sidney və Tequsiqalpa arxiyepiskopları da yardım edəcəklər.

Komissiyanın ilk toplantısı bu ilin 1-3 oktyabrında olacaq.

Qərarlar arasında selibatın, yəni katolik keşişlərin ailə qurmasının yasaqlanmasının ləğvi də gözlənilir.

Bundan başqa, Vatikanda italyan keşişlərin təsir rıçaqları da zəiflədiləcək.

Selibat doktrinasının ləğvi katolik kilsəsində keşişlərin evlənməsi ilə yanaşı, qadınların da keşiş olmasına icazə verilməsi deməkdir.