Dünyaya təkrar qayıtmaq...

Sayta qoyulub: 07:47 04.05.2013 [783 dəfə oxunub]

Bir gün Həsənul Basri bir dostunun dəfn mərasimində iştirak edir. Elə ki, cənazəni qəbrə qoyurlar, Həsənul Basri yanında dayanan dostuna deyir:

- Səncə Uca Allah bu dostumuzu bir daha həyata qaytarsaydı,o yaxşı işlər görərdimi?

- Əlbəttə. Ona bu fürsət verilsəydi, o ancaq saleh əməllər edib, Axirətə hazırlaşardı.

Həsənul Basri buyurur:

- Amma təəssüf ki, o qayıtmayacaqdır. Lakin sən onun yerində ola bilərsən.