Faydalı məsləhət...

Sayta qoyulub: 07:44 04.05.2013 [956 dəfə oxunub]

Bir adam Muhəmmdə peyğəmbərin (s) səhabələrindən biri olan Muaz bin Cəbəlin (radıyallahu anhu) yanına gələrək:

- Mənə faydalı bir şey öyrət, - dedi.

Muaz buyurdu:

- Dediklərimə əməl edəcəksənmi?

Həmin adam:

- Sənə itaət etməyi canla-başla istəyirəm, - deyəndə Muaz (r) belə buyurdu:

- Bəzən oruc tut, bəzən isə, tutma;

- Namaz qıl lakin, yatmağı da tərk etmə;

- Ruzin üçün çalış, amma günah əməllər etmə;

- Bu dünyadan müsəlman olaraq köç;

- Zülmə məruz qalanların bədduasından ehtiyat et…

"Sifətus-Savfə" (1/256)