Xəstə müsəlman

Sayta qoyulub: 07:38 04.05.2013 [1036 dəfə oxunub]

Əgər bəndə xəstələnərsə və ya səfərdə olarsa, ona sağlam və qeyri-səfər zamanı əməl etdiyi kimi (savab) yazılar

Rəsulullah (s) belə buyurub: “Əgər bəndə xəstələnərsə və ya səfərdə olarsa, ona qeyri səfərdə və sağlam olarkən etdiyi əməlin misli qədər (savab) yazılar” (Buxari: Cihad və sira № 2834. Əbu Davud: Cənazələr № 3091. Əhməd: 4/410).

Hədisin şərhi

Bu, Allahın mömin qullarına göstərdiyi ən böyük lütfkarlıqdır. Belə ki, onların davamlı etdikləri əməlləri xəstəlik və ya səfər səbəbi ilə kəsilsə, savabların hamısı tam olaraq yazılar. Çünki Allah bilir ki, bu maneə olmasaydı, onlar həmin işi tam yerinə yetirərdilər. Uca Allah onların niyyətlərinə görə işi edənlərə verdiyi qədər savab verir. Bununla yanaşı onlar xəstəliyə, ona səbir etməyə və ya daha mükəmməl sayılan (Allahdan və Onun qədərindən) razılığa və şükürə, Ona itaətə və təslimçiliyə görə xüsusi savab qazanırlar. Həmçinin müsafir də, cihad, həcc, ümrə və digər xeyirli məqsədlər daşıyan səfərlərdə, bəzən qeyri-səfər vaxtı etmədiyi: elm öyrətmək, nəsihət etmək, dini, yaxud dünyəvi məsləhətlər vermək kimi faydalı işləri icra edir və bununla əlavə savab əldə edir.

Bu hədisə əsasən, ibadəti kamil şəkildə yerinə yetirməyə aciz olduğu üçün onu natamam edən şəxsin niyyətinə görə, Allah onun işinə tam savab verir. Çünki ibadətlərin mükəmməl yerinə yetirilməyinin mümkünsüz olması, xəstəlik növü kimi qəbul edirlir. Allah doğrusunu bilir.

Niyyəti xeyirli bir əməli etmək olan insan, ondan daha fəzilətli bir işlə məşğul olursa və eyni zamanda hər ikisinə riayət edə bilmirsə, birinci əməlin də savabını qazanır. O, buna daha layiqdir. Hətta o, bir-birinə bərabər olan əməllər etsə də eyni savabı qazanar. Allahın lütfü genişdir.