Biz Allaha necə qulluq etməliyik?

Sayta qoyulub: 07:33 04.05.2013 [994 dəfə oxunub]

Bir gün İbrahim bin Ədhəm bir qul alır və quldan soruşur:

- Adın nədir?

- Nə çağırsanız, odur!

- Nə yemək istəyirsən?

- Nə versəniz, onu yeyərəm!

- Nə iş görəcəksən?

- Nə əmr etsəniz, onu da görərəm!

- Nə isə istəyirsənmi?

- Qulun istəyi, arzusu olurmu? Sahibinin istəyi, onun da istəyidir.

Köləsindən bu cavabları eşidən İbrahim bin Ədhəm (rahiməhullah) hönkürtü ilə ağlayır. Öz-özünə deyir:

- Ey miskin! Qulluğu bu kölədən öyrən! Sən heç ömründə Allaha qarşı bu cür qul ola bildinmi?