
Peyğəmbər (s) bir dəstə gülüb-danışan səhabələrinin yanına gəlib dedi:
- Canım əlində olana and olsun ki, əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız.
O çıxıb getdikdən sonra səhabələr ağladı. Qüdrətli və əzəmətli Allah isə ona belə vəhy etdi:
- Ey Muhəmməd! Nə üçün bəndələrimi ruhdan salırsan?
Peyğəmbər (s) geri dönüb dedi:
- Sevinin, düzgün olmağa çalışın və ifrata varmayın!
(Buxari, Ədəbul-Mufrad, Bab-126, hədis-254)