Yumurtanın sarısı nə dərəcədə faydalıdır?

Sayta qoyulub: 07:26 04.05.2013 [3087 dəfə oxunub]

Yaxın illərə qədər yumurta sarısının, tərkibindəki yüksək xolesterol səbəbilə sağlamlığa zərərli olduğu deyilsə də, son dövrlərdə qidalanmada xolesterolun, infarkt və iflic təhlükəsini artıran qanın tərkibindəki xolesterol səviyyəsindən fərqli ölçüsünün olması müəyyənləşib.

Aparılan araşdırma, yeyilən yumurtanın qandakı ümumi xolesterola təsir etmədiyini göstərib. Son illərdə aparılan başqa araşdırmaya görə isə yumurta yemək, ürəyi qoruyan və müsbət xolesterol olan HDL səviyyəsini artırır.

Sağlamlığınıza müsbət təsir edən bir çox qidalar var. Yumurtanın sarısı da uzun müddət B vitamini ailəsinin bir üzvü kimi təsnifatlandırılan xolin vitamini (D vitamini) baxımından zəngindir.

Yaddaş vitamini kimi də tanınan xolin, nevroloji funksiyaların yerinə yetirilməsində və iltihabın azalmasında mühüm rola malikdir.

Bundan başqa, hamilə qadınlar yumurtanın sarısını yedikləri təqdirdə bunun, körpənin beyin inkişafına müsbət təsir etdiyi isbat edilib. Xolin baxımından zəngin olan qidalanmanın digər faydası da sevinc hissi yaratmasıdır.

Tərkibində xolin olan yeməklərdən istifadə etmək, serotonin, dopamin və nevroadrenalin kimi sevinc hormonunun yaranmasına kömək edir.

Həmçinin, yumurtanın sarısında lutein və zeaksantin adlı iki karotenoid var. Bunlar sizin gözlərinizi zəifləmədən qoruyur. Bununla yanaşı, yumurtanın tərkibində olan kükürd, B vitamininin sorulmasından qaraciyərin funksiyasına qədər hər şey üçün lazımi qida mənbəyidir.

Kükürd kollagən və keratin ifrazı üçün də çox əhəmiyyətlidir. Bunlar isə saçlarınızın parlaq olmasına, güclü dırnaqlara və parıltılı dəriyə malik olmağınıza kömək edir.

Yumurta sarısının sağlamlığınıza olan faydası yumurtanın ağına kölgə salmamalıdır. Aşağı kalorili, az yağlı olan yumurtanın ağı da yüksək protein mənbəyidir. Yumurta protein keyfiyyəti üçün qızıl standartdır. Çünki yumurtanın amin turşuları insanlar tərəfindən çox yaxşı həzm edilir.

Lakin yumurtanın sarısı faydalı qida olsa da, bunu məhdud sayda qəbul etməlisiniz. Mütəxəssislər həftədə 4 ədəddən artıq yumurta yeməməyi tövsiyə edirlər.