Arıqladan qidalar

Sayta qoyulub: 07:21 04.05.2013 [1637 dəfə oxunub]

Yulaf

Yulafın tərkibində olan beta-qlobulin maddəsi immunitet sistemini qüvvətləndirir. Sizə tövsiyə edirik ki, onu, ara yeməklərdə və idman hərəkətlərindən əvvəl qaragilə, üzüm və südlə birlikdə yeyəsiniz.

Qəhvə

Qəhvəni həddindən artıq içmədiyiniz müddətdə çox faydalıdır. Lakin unutmayın ki, qəhvə içmək su işmək kimi deyildir.

Midi (dəniz mollyusku)

Mollyuskların (onurğasız yumşaqbədənli heyvan) bədənində olan dəmir maddəsi, qadınların dəmir ehtiyacını ödəyir. Əzələlərimizdə olan yorğunluq hissindən xilas olmaq üçün midi yeməyinizi tövsiyə edirik.

Brınza (qoyun pendiri) və kəsmik pendiri

Əzələlərinizin özünü yeniləməsi üçün bol miqdarda brınza və kəsmik pendiri yeyin.

Pomidor şirəsi

Pomidor şirəsinin saysız-hesabsız faydalarından ən əsaslarını əvvəl də qeyd etmişdik. Pomidor şirəsi natriumla zəngin olan içkidir. Onu sodayla qarışdıraraq bol miqdarda için.

Zəncəfil

İdmandan sonra ağrıların keçməsi üçün zəncəfil qəbul edin. Aparılan araşdırmalar nəticəsində zəncəfilin belə ağrılara müsbət təsir etdiyi aşkar edilmişdir. Bu qidaları qəbul etmək sizə enerji və dinclik gətirəcəkdir. Onları çəkinmədən bol miqdarda yeyin.

Badam

Hər gün 10-15 ədəd badam yemək gündəlik enerji ehtiyacınızı ödəyəcəkdir. Badam yeməyi unutmayın.