Şəkər haqqında bilmədikləriniz

Sayta qoyulub: 07:16 04.05.2013 [1821 dəfə oxunub]

Son əsrdə şəkər istehlakında böyük artım qeydə alındı. Bu gün Almaniyada adambaşına düşən illik şəkər isteklakı 35 kq, Amerikada isə 27,6 kq olduğu halda, ölkəmizdə bu rəqəm təxminən 25 kq-dır. Bu göstərici bayram və ya başqa əlamətdar günlərdə daha da artır.

Bir oturuma 16 ədəd qənd yeyə bilərsiniz? Bəlkə yeyərsiniz, bəlkə də yox… Lakin içəcəyiniz bir şüşə kolanın içində bu qədər şəkər var.

Şəkər, qlikasiya (qlükozanın proteinlə birləşməsi) adlandırılan proses sayəsində dərinizin qırışmasına səbəb olur. Qlikasiya prosesi dermal (kollagen və elastin) liflərə zərər verir. Nəticədə dərinin ən üst təbəqəsi olan derma, getdikcə yumşaqlığını və təravətini itirir, qırışlar əmələ gəlir. Şəkəri azaltdığınız təqdirdə dəriniz yenidən yumşalmağa başlayır. Beləliklə, müalicə olunmanız lazım gəlmir.

Hindistanda yaşayan insanlar ən azı 2 min ildir ki, şəkər qamışını kristal vəziyyətinə gətirirlər. Böyük İskəndərin adamları Hindistana getdikləri zaman arılar olmadan bal hazırlanmasını gördükdə çox təəccüblənmişdilər.

1747-ci ildə alman kimyaçısı Andreas Marqqraf, şəkər çuğundurunun tərkibində olan şəkərin, şəkər qamışının tərkibindəki şəkərlə eyni olduğunu aşkar etdi. 1802-ci ildə, şəkər çuğundurunu rafinə edən (təmizləmə) ilk fabrik fəaliyyətə başladı. Bunun sayəsində daha ucuz şəkər əldə edildi.

Süni şəkərdən istifadə edilməklə hazırlanan içkilər sizi kökəldir

Purdu Univesitesində aparılan araşdırmaya əsasən, tərkibinə süni şəkər qatılmış içkiləri içən siçanların, əsl şəkər qatılmış içkiləri içənlərdən daha çox kalori qəbul etdikləri müəyyən edildi.

Con Hopkins Universitetinin laboratoriyasında işləyən elm adamı Konstantin Falberq bəzi kimyəvi maddələri sintez edərkən, 1879-cu ildə təsadüfən saxarini (şəkər suraqatını) kəşf etdi. Elm adamı özü də bilmədən əllərində olan maddəni evinə gətirdi. Evdə yemək yeyərkən çörəyinə şəkər əlavə edilməsinə baxmayaraq, çörəyin dadının bir qədər şirin olduğunu hiss etdi. Nöqtələri birləşdirən Falberq, bu şirin dadın, laboratoriyasında işlədiyi maddədən irəli gəldiyini başa düşdü.

Son illərdə şəkərdən istehsal edilən və kalorisiz şəkər olan saxarozanı kəşf edən elm adamları həşəratlar üçün dərman hazırlamağa çalışarkən, bu şəkəri kəşf etmişdi.

Bu günə qədər bilinən ən şirin birləşmə olan “luqdunum” isə süfrədə istifadə etdiyimiz şəkərdən 200 min dəfə şirindir.

Şəkərlər karbon, hidrogen və oksigen molekullarından ibarətdir. Ən sadə şəkərlərin tərkibində qlükoza, fruktoza və qalaktoza vardır. Süfrədə istifadə edilən şəkər, kristallaşdırılmış saxarozadır. Saxaroza isə bir fruktoza molekulu ilə bir qlükoza molekulunun birləşməsi nəticəsində əmələ gəlir. Şəkərlər, canlıların orqanizmindəki zəngin miqdarda üzvi molekul növlərindən olan karbohidratların əsas maddəsidir.