Həcc kvotamız bu il də azaldıldı

Sayta qoyulub: 08:18 01.05.2013 [656 dəfə oxunub]

Bu il Azərbaycandan Həcc ziyarətinə yola düşmək üçün 1400 nəfərlik kvota ayrılıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, artıq müəyyən olunmuş kvota dolmaq üzrədir və Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb.

Qurumdan bildirilib ki, ötən il olduğu kimi bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər.

Ötən il Həcc ziyarətinə təyyarə ilə gedənlər üçün 3090 manat və 3850 manat qiymət təklif olunub. Ancaq bu il qiymətlərin artacağı istisna edilmir.

Qiymətləri otellərin və digər xidmətlərin səviyyəsindən asılı olaraq 3250-4100 manat arasında dəyişəcək.

Qeyd edək ki, hazırda Həcc ziyarəti ilə bağlı sənəd qəbulu davam edir.