Afrikada İslam dinini qəbul edənlərin sayı artır

Sayta qoyulub: 09:23 03.05.2013 [908 dəfə oxunub]

Qərbi Afrikada kiçik ölkə olan və əhalisinin yarısı müsəlmanlardan ibarət olan Qvineya-Bisauda son illərdə İslam dinini qəbul edənlərin sayı artır.

Yeni müsəlman olanlara İslamdan bəhs etmək üçün fəaliyyət göstərən bəzi dini təşkilatlar, bu insanların yeni qəbul etdikləri dinə uyğunlaşması məqsədilə uyğun mühitlər yaratmağa da çalışırlar.

Afrika Müsəlmanları Komitəsinin Müdir Müavini Əhməd Abdullah öz çıxışında, insanların İslam dinini qəbul etməsində din adamlarının xalqa İslamdan bəhs etməsi, müsəlmanlarla birgə yaşamaq və onların davranışlarını bəyənmənin böyük əhəmiyyətə malik olduğunu bildirdi.