Malı ilə dinini və canını qurtaran səhabə: SUHEYB ƏR-RUMI

Sayta qoyulub: 07:06 03.05.2013 [911 dəfə oxunub]

Peyğəmbərimizin (s) səhabələrini öyrənək və sevək...

«İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!» («Bəqərə» surəsi, 207)

Suheyb ər-Rumi...

Çoxumuza məlum deyil ki, Suheyb heç də bizanslı olmayıb. O, əslən ərəb olub. Onun atası Bəni Humeyr, anası isə Bəni Təmim qəbiləsindən olub.

Suheybin bizanslılara aid edilməsinin uzun tarixi var və bu tarix bir çox sanballı əsərlərdə ifadə edilir.

Peyğəmbər (s) öz dəvəti ilə çıxış etməzdən iyirmi il əvvəl, qədim şəhər olan Əl-Əbullanı, İran hökmdarı tərəfindən təyin olunan Sinan ibn Malik Əl-Numeyri idarə edirdi.

Onun uşaqlarının arasında ən sevimlisi beşyaşlı oğlu Suheyb idi.

Suheybin ifadəli sifəti, kürən saçları və oynaq gözləri var idi. O, coşğun fəaliyyəti ilə seçilirdi. Şən və adamayovuşan bir uşaq idi. Onun təmiz və incə qəlbi atasının ürəyinə sevinc verərək, onu gündəlik qayğıların yükündən azad edirdi.

Bir gün Suheybin anası balaca oğlu ilə birlikdə, öz nökərlərinin və yaxınlarının müşayiəti ilə istirahət üçün İraqda yerləşən əl-Saniy kəndinə yola düşdü. Bu vaxt bizans qoşunlarından bir bölmə həmin kəndə hücum etdi. Müdafiəçiləri tələf edən bizanslılar kəndi soyub, onun sakinlərini, o cümlədən Suheybi də əsir götürdülər.

Suheyb Bizansın qul bazarlarının birində satıldı. O vaxtdan o, əldən-ələ keçib, müxtəlif ağalara xidmət edirdi. Onun da taleyi Bizans saraylarını dolduran başqa quların taleyi kimi idi.

Bu həyat tərzi Suheybə imkan verdi ki, o, Bizans cəmiyyətinin dərinliklərinə nüfuz edərək, onu daxildən, bütün təfərrüatı ilə öyrənsin. O, öz gözü ilə Bizans saraylarının necə dəhşətli günahlar və eyblər yuvaları olduğunu gördü. O, öz qulağı ilə çox çirkin və eybəcək şeylər eşidirdi və bütün bunlar onu bu cəmiyyətə nifrət etməyə vadar etdi. O, özü-özünə deyirdi: «Belə bir cəmiyyəti yalnız tufan təmizləyə bilər».

Suheybin Bizansda böyüməsinə, onun sakinləri arasında və onun torpağında boya-başa çatmasına və ərəb dilini tamamilə unutmasına baxmayaraq, o, həmişə ərəb olduğunu və səhradan çıxdığını xatırlayırdı.

Onun Vətən həsrəti, o, köləlikdən azad olanadək və öz xalqının yanına qayıdanadək davam etdi.

Xaçpərəst falçılardan biri Suheybin sahibinə belə sözlər demişdir:

- Ərəbistan yarımadasında, Məkkədə, İsa ibn Məryəmin vəzifəsini təsdiqləyəcək və insanları zülmətdən işığa çıxaracaq bir peyğəmbərin peyda olması vaxtı gəlib çıxıb.

Suheyb bu sözləri eşidəndən sonra onun Vətən həsrəti daha da artdı.

Suheybin əlinə imkan düşən kimi, o, öz sahibindən qaçıb, şəhərlər anası, ərəblərin torpağının və gözlənilən peyğəmbərin peyda olacaq yerin mərkəzi –Məkkə şəhərinə tərəf yola düşdü.

Suheyb Məkkədə məskunlaşdı və orada müəyyən bir vaxt yaşadı. Yerli sakinlər onun çox güclü xarici tələffüz tərzinə və kürən saçlarına görə onu Suheyb ər-Rumi (yəni bizanslı Suheyb) adlandırdılar.

Suheyb, Məkkənin başçılarından biri olan Abdullah ibn Cudanla mü¬qa¬vilə bağlayıb, ticarətlə məşğul olmağa başladı və bu da ona böyük gəlir və çoxlu var-dövlət gətirdi. Amma müvəffəqiyyətli ticarət işləri və böyük gəlirlər Suheybi o xaçpərəst falçının sözlərini unutmağa məcbur edə bil¬mədi. Hər dəfə o sözlər onun yadına düşəndə o, özü-özündən səbirsiz¬liklə soruşurdu:

- Bəs bu nə vaxt baş verəcək?!

Bu sualın cavabını almaq üçünsə lap az vaxt qalmışdı.

Günlərin bir günü Suheyb öz növbəti səfərindən Məkkəyə qayı¬dan¬da, ona xəbər verdilər ki, Muhəmməd ibn Abdullah missiya ilə göndərilib və in¬sanları tək Allaha inanmağa, ədalətə və xeyir işlərə çağırır, insanlara bö¬yük və kiçik günahları qadağan edir.

Suheyb soruşdu:

- Bu sizin Əmin adlandırığınız insan deyilmi?

- Bəli, bu məhz odur - ona cavab verdilər.

- Bəs o harada yaşayır? – Suheyb soruşdu.

Ona cavab verdilər:

- O Səfa dağının ətəyində yerləşən əl-Ərqam ibn Əbu əl-Ərqa¬mın evində yaşayır. Amma ehtiyatlı ol ki, qureyşlilərdən kimsə səni görməsin, çünki əgər onlar səni orada görsələr, sənə xətər yeti¬rər¬lər. Sən burada özgə adamsan, sənin milliyyətin də səni qorumaz. Sə¬nin burada heç qohumların da yoxdur ki, sənə kömək edə bilsinlər.

Suheyb, ehtiyatlı olaraq və tez-tez geriyə baxaraq əl-Ərqamın evinə doğru getdi. Evin qapısı önündə o, əvvəllər tanıdığı Əmmar ibn Yasiri gördü. Bir an tərədüd edən Suheyb ona yaxınlaşıb soruşdu:

- Əmmar, sənə burada nə lazımdır?

Əmmar isə öz növbəsində ondan soruşdu:

- Bəs sənə?

Suheyb dedi:

- Mən bu evə girib, bu adamla görüşüb, onun dediklərini dinləmək istəyirəm.

- Mən də məhz bunu istəyirəm - Əmmar cavab verdi.

- Onda gəl Allahın xeyir-duası ilə girək - Suheyb təklif etdi.

Əmmarla birgə Peyğəmbərin (s) yanına daxil olan Suheyb ibn Sinan ər-Rumi ona diqqətlə qulaq asdı. Peyğəmbərin (s) sözləri onların qəlblərində iman nurunu yandırdı və onlar ikisi birdən əllərini ona uzadıb, təntənəli surətdə Allahdan başqa tanrı olmadığına və Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət verdilər. O gündən başlayaraq, onlar daima Peyğəmbəri (s) müşayiət edir, onun qonşuluğundan və onun mömin nəsihətlərindən ləzzət alırdılar. Gecə düşəndə və hər şey sakitlə¬şəndə, onlar gecənin qaranlığından istifadə edərək, Peyğəmbərin (s) evini tərk etdilər. Lakin onların hər biri öz ürəyində bütün dünyanı işıqlandıra biləcək bir nur aparırdı.

Suheyb, Bilal, Əmmar, Sumayyə, Xəbbab və başqaları ilə birgə qureyş¬li¬lərin əlindən çox təhqirlərə dözdü. Onlarla başqa möminlər kimi o da elə işgəncələrə məruz qalmışdır ki, onlara dözmək çox çətin idi. Lakn bütün bunları o, mərdliklə və könül rahatlığı ilə qarşıladı, çünki bilirdi ki, cənnətə aparan yol nifrət etdiklərinin öhdəsindən gəlməkdən keçir.

Allahın Rəsulu (s) səhabələrinə Mədinəyə köçməyə icazə verəndə, Suheyb qərara gəldi ki, Peyğəmbəri (s) və Əbu Bəkri müşayiət edəcək. Lakin qureyşlilər Suheybin bu qərarından xəbər tutub, ona mane olmaq üçün, hər bir şeyə əl atdılar. Suheybin dalınca hətta xəfiyyələr də nəzarət edirdilər ki, o, qureyşlilərin əlindən qaçıb, ticarətlə məşğul olarkən qazandığı bütün qızıl-gümüşünü apara bilməsin.

Allahın Rəsulu (s) və Əbu Bəkrin hicrətindən sonra Suheyb onlara qoşulmaq üçün imkan axtarırdı, lakin belə imkan heç cür ələ düşmürdü, çünki xəfiyyələr ona ciddi nəzarət edirdilər. Və Suheybə hiylə işlətməkdən başqa bir şey qalmırdı.

Soyuq gecələrin birində Suheyb tez-tez həyətə, guya ayaq¬yoluna çıxırdı. Hər dəfə o, evə qayıdan kimi yenə həyətə qaçırdı. Xəfiyyələr bir-birinə baxıb dedilər: «Rahat olun. Lat və Uzza onun qarnında iş eləyiblər». Sonradan onlar öz yataqlarına qayıdıb, dərin yuxuya getdilər. Suheyb onların aralarından keçib, Mədinəyə tərəf yola düşdü.

Tezliklə, Suheyb qaçdıqdan sonra, xəfiyyələr oyanıb, onun aradan çıxdığını bildilər. Onlar dərhal atlarına minib, Suheybin dalınca çapdılar və nəhayət ona çatdılar.

Təqibçilərin yaxınlaşdığını hiss edən Suheyb ucalıqda mövqe tutub, oxqabından oxu götürdü və yay ipini çəkərək dedi:

- Ey qureyşlilər! Allaha and içirəm ki, mən bütün insanlar içində ən də¬qiq və ən bacarıqlı oxatanam. Mən əlimdəki oxlardan hərəsi ilə bir ada¬mı öldürməmişdən öncə siz məni tuta bilməzsiniz. Sonra mən sizinlə qı¬lın¬cım¬la vuruşacağam.

Təqibçilərdən biri dedi:

- Allaha and içirik ki, biz səni sağ-salamat və əlində pul getməyə qoymarıq. Sən Məkkəyə kasıb dilənçi şəklində gəlmişdin, sonradan isə varlandın və indi əldə etdiklərinə nail oldun.

Suheyb soruşdu:

- Bəs əgər mən sizə öz pullarımı versəm, siz mənə yoluma davam etməyə imkan verəcəksiniz?

- Hə, - deyə onlar cavab verdilər.

Suheyb onlara Məkkədə pullarını harada saxladığını danışdı. Onlar Məkkəyə qayıdıb, onun pulunu götürəndən sonra onu buraxdılar.

Suheyb Mədinəyə, öz dini ilə Allaha tərəf can atmağa tələsirdi. O, xərclədiyi pullar haqda heç də peşman olmadı. O, yolda hər dəfə yorğunluq hiss edəndə, qəlbində Peyğəmbərə (s) qarşı can atma əmələ gəlirdi və o, öz yoluna davam edirdi.

O, Mədinədən iki mil aralıqda yerləşən Quba kəndinə ça¬tanda, onu Peyğəmbər (s) gördü. Suheybin sağ-salamat gəlməsinə çox sevinən Peyğəmbər (s) dedi:

- Sövdələşmə əlverişli idi, ey Əbu Yəhya, sövdələşmə əlverişli idi...

O, bu sözləri üç dəfə dedi.

Suheybin üzü sevinclə işıqlandı və o dedi:

- Allaha and içirəm, ey Peyğəmbər sənin yanına gələndə məni yolda heç kəs qabaqlamayıb. Bu xəbəri sənə çatdıran Cəbrail olub.

Həqiqətən də, sövdələşmə əlverişli oldu. Bu, səmadan nazil olan vəhy ilə təsdiqləndi. Buna Cəbrail şahidlik etdi. Peyğəmbərə (s) Allahın bu sözləri nazil oldu:

«İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!» («Bəqərə» surəsi, 207).

Xoşbəxtdir Suheyb ibn Sinan ər-Rumi və Allah ona rəhmət eləsin!