Peyğəmbər xanımlarının xəyanəti

Sayta qoyulub: 14:46 02.05.2013 [1648 dəfə oxunub]

"Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh bәndәlәrimizdәn iki bәndәnin nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan (Allahın әzabından) heç cür xilas edə bilmədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda (Cәhәnnәmә) girin!”, - deyildi" («Tәhrim» surəsi, 10).

Abdullah ibn Abbasa görә, burada "xәyanәt" deyәrkәn, başqa xüsus deyil, dini mәsәlәlәr nәzәrdә tutulur. Çünki, heç bir Peyğәmbәrin xanımı әxlaqsızlıq yoluna düşmәmişdir. Ayәdә -Nuhun arvadının xәyanәti onun kafir olması vә Nuh Peyğәmbәri dәlilikdә ittiham etmәsidir. Lut Peyğәmbәrin arvadının xәyanәti isә, Lutun (aleyhissalam) gizlәtdiyi müsafirlәri, lutiliklә (homoseksuallıqla) mәşğul olan әxlaqsızlara bildirmәsidir.

İkrimәdәn nәql edilәn görüşә görә, bu iki qadının xәyanәti Allaha şәrik qoşmaları, Dәhhaqa görә isә Allahı inkar etmәlәridir. İbn Abbasdan (r) nәql edilәn digәr bir görüşә görә, Nuh'un arvadının xәyanәti Nuhun sirlәrini öyrәnib, iman gətirmiş insanları, düşmәnlәrinә xәbәr vermәsi, satmasıdır. Lutun (aleyhissalam) arvadının xәyanәti isә, Lutun müsafirlәrindәn hәr hansı bir kişini, o çirkin işi - yәni kişinin kişi ilә cinsi tәmasda olması işini edәn insanlara bildirmәsidir. Lut, onları o әxlaqsızların әlindәn gizlәdirdi.

Ayәdә bu qadınların әrlәrinin Peyğәmbәrlәr olmalarına baxmayaraq, bu amilin onların digәr kafirlәrlә birlikdә Allah tәrәfindәn cәzalandırılmalarına mane ola bilmәyәcәyi bәyan edilir. Bu da, kafirlәr üçün heç bir qurtuluş yollarının olmadığını göstәrir...

"Tәfsir Tabәri" (8/360)