Baş örtüyü ilə bağlı qadağa aradan qaldırıldı

Sayta qoyulub: 08:12 01.05.2013 [844 dəfə oxunub]

Rusiyanın Krasnoyarsk Vilayətinin prokurorluğu, baş örtüyü də daxil olmaqla, tələbələrin inanclarına uyğun geyimlərilə təhsil müəssisəsinə gəlməsinə heç nə mane olmadığını bildirdi. Prokurorluq universitetin qadağasının təhsil haqlarını pozması səbəbilə hüquqi tədbirlər görməyə başladı.

Ötən mart ayında Dağıstan vətəndaşı olan 3-cü kurs tələbəsi Aygül Hiderbekova, başı örtülü olduğuna görə həmin universitetdən xaric edilmişdi. Universitetin mətbuat katibi Anna Astafyeva mövzu ilə bağlı bunları dedi: "Universitetin daxili nizamnaməsi pozuldu. Buna görə də o, universitetdən xaric edildi". Universitet rəhbərliyi sonradan baş örtüyünü açmaq şərtilə, sentyabr ayında tələbənin yenidən universitetə qəbul edilməsinə qərar verdi.

Universitet rəhbərliyi mövzu ilə bağlı hər hansı fikir bildirməsə də prokurorluqdan bu izahat verildi: "Etirazımızdan sonra inanclarına uyğun geyim qadağası və təhsil haqlarının məhdudlaşdırılması ilə bağlı qərar ləğv edilmişdir".