İnsanları nəfəs izindən tanımaq mümkün olacaq

Sayta qoyulub: 07:54 02.05.2013 [912 dəfə oxunub]

İsveçrəli elm adamları insana məxsus dayişməyən "nəfəs izləri"nin mövcud olduğunu aşkar ediblər. İsveçrə Federal Texnologiya İnstitutundan olan tədqiqatçıların 11 iştirakçı üzərində apardıqları araşdırma, nəfəs nümunələrində hər insana məxsus xüsusi və dəyişməyən kimyəvi nəfəs izinin olduğunu üzə çıxarıb.

Nəfəsin tərkibində olan kimyəvi birləşmələrin quruluşu haqqında düzgün məlumatın əldə edilməsini mümkün edən, bəzi kiçik oynaqlar hazırlanan kütlə spektrometr cihazından istifadə edən elm adamları, əsasən dəyişkən və yarıdəyişkən metabolidlərdən əmələ gələn nəfəsin tərkibində insana məxsus xüsusi əsas qəlib olduğunu isbat ediblər.

İştirakçılar üzərində 11 gün ərzində nizamlı şəkildə ölçmələr aparan elm adamları, hər bir iştirakçının özünəməxsus nəfəs izinin tərkibində günlər ərzində bəzi kiçik dəyişikliklərin yaranmasının əksinə, nəfəs izinin tibbi məqsədlər üçün istifadə edilmək üçün əlverişli miqdarda sabit qaldığını müəyyənləşdiriblər.

Professor Renato Zenobinin rəhbərliyi altında aparılan araşdırma “PLOS ONE” adlı elmi jurnalında dərc edilib.

Nəfəs vasitəsilə xəstəliyin diaqnozu qoyulacaq

Tədqiqatçılar həmin texnologiyanın köməyilə, xəstəliklərin diaqnozu üçün Sürix Universitetinin xəstəxanasının Ürək Xəstəlikləri şöbəsinin həkimlərilə birgə əməkdaşlığı davam etdirirlər.

Xüsusən ağciyər xəstələrinin nəfəslərində bioloji xüsusiyyətləri müşahidə etməyin mümkünlüyünə inandıqlarına görə ürək xəstəlikləri sahəsini seçdiklərini qeyd edən tədqiqatçılar, istifadə etdikləri metodologiyanı sonradan digər xəstəlikləri də əhatə edəcək şəkildə genişləndirmək ümidində olduqlarını bildirirlər.

Həkimlərin nəfəs vasitəsilə xəstəlik diaqnozunu daha sürətli şəkildə müəyyən edəcəklərini bildirən tədqiqatçılar, nəfəs izinin, nümunə alındıqdan saniyələr ərzində müəyyənləşdirnməsinin əksinə, qan və sidik testlərinin laboratoriyalardakı təhlillərinin bundan daha çox vaxt apardığını vurğulayıblar.

İnsanların yalnız kütlə spektrometr cihazının ion mənbəyinə üfürməsini tələb edən bu üsulun digər testlər kimi orqanizmə hər hansı fiziki müdaxiləni zəruri etməməsi də nəfəs vasitəsilə diaqnozun digər üstün cəhətidir.

Lakin bu metodun klinikada istifadə olunması üçün tədqiqatçıların işlətdikləri vasitələr təkmilləşdirilməlidir. Araşdırmada istifadə edilən kütlə spektrometr cihazının böyük və bahalı cihaz olduğunu bildirən Zenobi, mövcud kiçik və daşınan kütlə spektrometr cihazlarının səmərəlilikləri artırıldıqda klinikalarda və tibbi müayinə otaqlarında onların öz yerlərini tutacağını vurğulayıb.