92 yaşli belçikali nənə İslamı qəbul etdi

Sayta qoyulub: 07:12 01.05.2013 [1094 dəfə oxunub]

92 yaşlı belçikalı Nur nənə:

"Mən İslama bu qədər gec gəldiyimə, bu qədər illəri İslamsız yaşadığıma üzülürəm".

Yaşının qoca cağında özünə "Nur" adını seçərək İslamı qəbul edən yaşlı belçikalı qadın "əl-Yəvm" nəşrinə öz tarıxçəsini danışıb: "Nur nənə əmindir ki, bir çoxlarının iddia etdiyi kimi həyat 60, 70 və ya 80 yaşında bitmir. O öz şəxsi misalında subut edib ki, yeni həyat hətta 90 yaşdan da sonra başlaya bilər. Belçikalı nənənin qəlbi məhz bu yaşda İslam nuru ilə işıqlanıb.

Əgər dəqiq deyilsə, Nur nənə İslam dinini Mərakeşdə, Dəvət və Həmrəylik Komitəsinin dəvəti ilə ziyarət etdiyi Damam bölgəsin cənubunda, artıq 92 yaşı tamam olanda qəbul edib.

"Mən müsəlmanlarla çoxdan ünsiyyətdə olsam da, İslamı qəbul etməyi düşünmürdüm. Mən daima müsəlmanlara və onların dini ənənələrinə böyük hörmətlə yanaşan bir insan olmuşam " deyərək Nur nənə danışır. "Mən hətta Ramanzan ayı zamanı gündüzlər tanıdığım müsəlmanların evlərinə qonaq getmirdim. Çünki bilirdim ki, İslam müsəlmanlara qonaqpərvərliyi əmr etsə də, onlar bu ay oruc tuturlar. Mən onları çıxılmaz vəziyyətə salmaqdan, bu əməlimlə onların oruclarını poza biləcəkləri barədə qorxurdum. Mən bu dinə böyük qiymət verirdim. Onunla əhatə olunmuşdum və bir çox hallarda onlarla birgə hərəkət edirdim. Misal kimi, çox vaxt müsəlman mağazalarında halal ət alırdım. Mən inanırdım ki, müsəlmanların kəsdikləri ət daha təmiz və faydalıdır. Amma mənim İslamı sevməyimin, onu qəbul etməyimə ən böyük səbəbi müsəlmanların yaşlı nəsilə xüsusi münasibətləri oldu" deyə qəzetə müsahibə verən Nur nənə davam edir.

"Mən hətta xristian olan zaman müsəlmanların mənə xüsusi münasibətini hiss edirdim. Onlar mənə daima, təmannasız, heç bir mənfəət güdmədən gündəlik işlərimdə yardım edirdilər. Ər, arvad və dörd övladlı müsəlman ailəsi öz nənələrinə baxdıqları kimi mənə xidmət edir, əvəzində isə heç bir maddi qazanc istəmirdilər. Onların bütün mərhəməti və xeyirxahlığı mənim yaşlılığım və köməksizliyim ilə əlaqədar idi. Və sonunda bunlar mənə şəhadət gətirib, İslamı qəbul etməyimə səbəb oldu".

Belçikalı qoca nənənin qəbini ən çox yaralayan isə İslamı qəbul etdiyini eşitdikdən sonra əri və 4 uşağı ilə Fransada yaşayan 74 yaşlı xristian qızının ondan imtina etməsi olub. Nur nənənin qızı onun İslamı seçməsini "qocalıq xəstəliyi" ilə əlaqələndirib.

"O dedi ki, mənim üçün ən yaxşı yer qocalar evidir. Məni özüm fransız aristokratlarının nəslindənəm. Mənim qohumlarım isə hələ kasıb bir belçikalı ilə ailə həyatı quraraq Beçikaya köçəndən sonra mənimlə münasibətlərini kəsmişdilər. İndi isə İslamı seçdiyimi bəyan edəndən sonra hətta məni varislikdən belə məhrum etdilər. Belçika mətbuatı belə məni İslamı pula görə seçməkdə itiiham etdi", - deyə Nur nənə göz yaşları içərisində davam edir.

Allahın köməkliyi ilə artıq belçikalı Nur nənə Həcc ziyarətini yerinə yetirib və iki il ard-arda Ramazan orucunu da tutub.

Nur nənə: "Mən İslama bu qədər gec gəldiyimə, bu qədər illəri İslamsız yaşadığıma üzülürəm. Əslində mən İslamı qəbul etdiyim 2010-cu ildə doğuldum. Bu mənim əsil həyatımdır. Keçmiş isə artıq itirilib və yaddan çıxıb", - deyərək etriaf edir. O həmçini etiraf edir ki, onun ən son və ən çox arzuladığı yenidən Məkkəyə dönüb, yenidən Həcc ziyarətini yerinə yetirmıkdir. Nur nənə deyir: "Mən bu pak torpaqda vəfat edib, müsəlman qəbirstanlığında dəfn olunmağı arzulayıram".