"Dəvət" haqqında...


“Dəvət” jurnalı Ədliyyə Nazirliyində 3446 nömrəsi ilə Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Aylıq olaraq nəşr olunan “Dəvət” jurnalının ilk sayı 2011-ci ilin avqust ayının 1-də işıq üzü görmüşdür.

“Dəvət” jurnalının təsisçisi və Baş redaktoru tanınmış ilahiyyatçı Elşad MİRİdir.

“Dəvət” ölkədə mövcud olan tolerantlığın güclənməsində, milli-mənəvi dəyərlərin insanlarımıza çatdırılmasında, dünyada baş verən müəyyən hadisələrin şərh edilməsində, sağlam həyat tərzinin göstərilməsində aparıcı rol oynamağı qarşısına məqsəd qoymuşdur. İnsanlarımızı mövhumat və xurafat çirkabından işıqlığa çıxarmaq üçün maarifləndirmə missiyasını həyata keçirir.

“Dəvət” jurnalı oxucularına milli-mənəvi dəyərləri aşılayır, insanlara həqiqətləri çatdırır. 100 səhifəlik, tam rəngli və ölkədə mövcud olan ən yüksək çap üsulu ilə dərc olunan “Dəvət” jurnalı oxucuların marağına səbəb olur və bu maraq tirajda özünü əks etdirir.

“Dəvət” jurnalı müxtəlif vaxtlarda oxuculara müxtəlif hədiyyələr təqdim edir. “Dəvət”in 3-cü sayında yenə jurnalın keyfiyyətində 112 səhifəlik kitabça çap olunaraq jurnalla birlikdə hədiyyə verilmişdir. Başqa bir sayında isə jurnalın içindəki bütün məqalələrin «Şeron» qrupu və əməkdar artistlər tərəfindən səsləndirilmiş disk versiyası pulsuz olaraq oxuculara hədiyyə edilmişdir... Bu da oxuculardan tərəfindən maraqla qarşılanmış və tələblər artmışdır.

“Dəvət” jurnalı «Давет» adı ilə rus dilində də fərqli tərzdə çap olunur...

Azərbaycanın iPad və iPhone-dakı yeganə jurnalı

“Dəvət” jurnalı Azərbaycanın iOS əməliyyat sistemində, daha doğrusu iPad və iPhone-dakı yeganə jurnalıdır. “Dəvət” jurnalının bütün saylarını buradan pulsuz planşetinizə yükləyə bilərsiniz.

“Dəvət” jurnalının iPad və iPhone versiyası ilə interaktiv jurnal anlayışının gözəlliyinə şahid olacaqsınız.

Niyə “Dəvət”?

• “Dəvət” jurnalının hər sayı rəğbətlə qarşılanır və hər ay sayında artım müşahidə olunur.
• “Dəvət” jurnalını oxuyan və yayan geniş oxucu kütləsi var.
• “Dəvət” jurnalı Azərbaycanın bütün bölgələrində satışda olur.
• “Dəvət” jurnalını digərlərindən fərqləndirən xüsusiyyət bu jurnalın içindəkilərlə əlaqədar olaraq atılmaması və həmişə saxlanmasıdır.
• “Dəvət” jurnalı Azərbaycanın iPad və iPhone-dakı yeganə jurnalıdır.
• “Dəvət” jurnalının iPad və iPhone versiyası pulsuz olaraq oxuculara çatdırılır...

“Dəvət” jurnalı, Bakı şəhəri, Xətai rayonu,
Babək prospekti, Ələddin Quliyev küç., 1131. Babək Plaza, AZ 1025.
Tel.: (+99 412) 404 88 30, (+99 412) 404 83 23
E-mail: info@davet.az